Avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İranın dövlət başçılarının görüşü keçiriləcək. SİA xəbər verir ki, görüşün təfərrüatları barədə "MOS.news" saytı məlumat verib.
Qeyd olunub ki, səfər zamanı Vladimir Putin Azərbaycan, İran və Rusiya arasında baş tutacaq ilk üçtərəfli danışıqların iştirakçısı olacaq. Görüş çərçivəsində hər üç ölkənin prezidentləri – Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani regionda mövcud olan bir sıra aktual məsələlər, eləcə də enerji və nəqliyyat sahəsi üzrə danışıqlar aparılacaqlar.
Rövşən Nurəddinoğlu