Türkiyədə təlim-məşq toplanışında olan Rusiyanın \"Anji\" klubu yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, Mahaçqala klubunun rəqibi Super Liqanın autsayderlərindən olan \"Konyaspor\" olub.
Yoldaşlıq oyununda \"Anji\" 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 40-cı dəqiqədə Martsin Robak vurub.
Qeyd edək ki, \"Konyaspor\" Super Liqada 26 turdan sonra 17 xalla 18 komanda arasında 17-ci yerdə gedir.