Rəşaq Sadıqov: \"Artıq səfərdə uğur qazanmaq vaxtıdır\"
28 Mart 2011 17:02 (UTC+04:00)
\"Türkiyə yığmasını məğlub etdikdən sonra komandamıza inam var\". Bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Brüsseldə Azərbaycan yığmasının futbolçularının mətbuat konfransında deyib. O, oyunu səbirsizliklə gözlədiuklərini qeyd edib: \"Səbirsizliklə Belçika ilə oyunu gözləyirik. Səfərdə fərqli yığma görəcəksiniz. Türkiyəni udmuşuq, artıq səfərdə uğur qazanmaq vaxtıdır. Ən azı 1 xal qazanmalıyıq. Bizim üçün artıq oyun deyil, nəticə vacibdir\".