Və ya müxalifətin növbəti bəhanəsi
Azərbaycan müxalifəti yarandığı gündən mövcud iqtidarla baş-başa gəlməyi bacarmayıb. Dağıdıcı müxalifətin bütün biabırçı, rüsvayçı məğlubiyyətlərinin səbəbi məhz budur. Bəlli olan reallıq budur ki, iqtidara rəqib və alternativ ola bilməyib. Yəni nə ağıl, nə siyasi resurs, nə də səmimiyyət mövzusunda. Durum dünən olduğu kimi, bu gün də dəyişməyib, sabah da dəyişməyəcək. Radikal müxalifətin eyni adlı estafeti bu gün də davam etməkdədir. Üstəgəl, ünvansız bir yol boyunca. Demokratik prinsiplərə söykənən Referendum Aktı layihəsi ilə müxalifət çox qəribədir ki, bu gün "birlik" məsələsini gündəmə gətirib. Bu, o müxalifətdir ki, dəfələrlə "birləşib" sonradan isə ən qatı düşmənlərə çevrilməklə bir-birlərini qırıb-çatıblar. Maraqlısı da odur ki, bu gün ənənəvi müxalifət dövlətin verdiyi qərarları dəstəkləmirlər. Çünki Ə.Kərimli və onun siyasi təlxəyi Cəmil Həsənli qaranlıq siyasi dairələrin qulları-nökərləridirlər, xarici orqanlara kompromatlar ötürməklə məşğul olan, milli-dövlətçilik maraqlarını satanlardır. Bu gün Ə.Kərimli hay-həşir salır ki, inan hüquqları pozulur. Bu yerdə sual etmək istərdik ki, sən o Ə.Kərimli deyilsən ki, AXCP-də qalan beş-on nəfərin hüquqlarını nətəhər gəldi pozurdun, partiya sənin üzündən əlli yerə parçalandı. Bu yerdə deyirlər ki, "həyasızlığın son dərəcəsi".
Məğlubiyyət müxalifətin alın yazısıdır
Bir də bütün bunlardan sonra, "mən də varam". Bax, həyasızlığın 100 faiz həddinədir. Doğru deyimdir: "Məğlubiyyət müxalifətimizin alın yazısıdır". Bu, onların qabiliyyətinə, istəyinə, səmimiyyətinə, gücünə tam adekvat olan bir yekundur. Bu adamların 23 illik məğlubiyyət immuniteti var. Artıq onlarda arsızlıq mərhələsinə də keçid var. Belə olmasaydı, bu günlərdə bu "adam" bağırıb, saçını yolmazdı ki, "hüquqları pozulub", "sifariş" yerinə yetirir və s. Gəl millətin baş-beynini, zəhləsini töküb, "xalq hərəkatı" kimi yersiz, düşük "ideyalarınla" özünü yorma.
Ancaq görünür, bu barədə düşünmək, nəticə çıxarmaq Ə.Kərimlilərə sərf etmir. Onlara sərf edən budur ki, dövlət öz təməllərini möhkəmləndirməkdən ötrü xalqın marağına cavab verən qanun layihələri hazırlasın, bunlar da həmin layihələr ətrafında "varlıqlarını" sübut etməyə çalışsınlar. Ancaq bunu da etsələr, xalq onlara dəstək olmayacaq. Onlara sözüm budur: boş yerə özünüzü yorursunuz, illər keçsə də, "iqtidara gəlirik" istəyiniz ürəyinizdə qalacaq, çünki xalq bugünkü Azərbaycanın uğurlu dövlətçilik siyasətinin arxasındadır. Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır!