Ötən il iyunun 1-xdən etibarən Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ilin ilk 6 ayı ərzində nikaha daxil olmaq istəyən 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlardan 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Qeyd olunub ki, İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin I yarım ili ərzində QİÇS-lı Mübarizə Mərkəzin əməkdaşları İİV/QİÇS bağlı maarifləndirmə işləri gücləndirib, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndiriblər. Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.