Aliyə Qarayeva 2 bürünc medal qazanıb

28 Mart 2011 12:31 (UTC+04:00)
Azərbaycan yığmasının da mübarizə apardığı bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsi başa çatıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadənin siasport.az saytına verdiyi məlumata görə, İtaliyanın Pesaro şəhərində keçirilən yarışda təmsilçimiz Aliyə Qarayeva 2 bürünc medal qazanıb. O, halqa və topla yarışlarda 3-cü olub.

Yarışda iştirak edən yeniyetmələrdən ibarət qrup komandamız isə 1 medala layiq görülüb. Komandamız 5 iplə hərəkətlərdə gümüş medal qazanıb.