İsveçrəli alimlər: Yaşıl çay həm də yaddaşı gücləndirir

3 Avqust 2016 04:13 (UTC+04:00)

İndiyədək aparılan əksər tədqiqatlar yaşıl çayın sağlamlığa müsbət təsir elədiyini dönə-dönə təsdiq edib. Bazel Universitetinin mütəxəssisləri sübut ediblər ki, yaşıl çay həm də yaddaşı gücləndirir. İsveçrəli alimlərə görə, bu, perspektivdə bəzi yaddaş zəifliyi kimi psixi pozuntuların aradan qaldırılmasında əhəmiyyətli ola bilər.

Bundan öncə yaşıl çayın tərkibindəki komponentlərin onkoloji xəstəliklərin profilaktikasında müsbət rol oynadığı müəyyən edilmişdi. Az öncə isə alimlər bu içkinin insan beyninə pozitiv təsirini üzə çıxarmışdılar.