Duzlu yeməklər yeməyin, tez qocalarsınız...

3 Avqust 2016 05:31 (UTC+04:00)

Georgia Regent Universitetinin professorları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, duzlu yeməklər yaşlanmanı sürətləndirir. Normadan çox duzlu yeməklər yeyən adamlar nəyinki tez yaşlanır, onların ürək-damar xəstəliklərinə tutulma və iflic olma riskləri də artır. İnsan ömrünün uzunluğuna təsir edən amillər - stress, siqaret, idman da ən az duz qədər insan həyatına təsir göstərir. Yaşları 14 ilə 18 arasında dəyişən 766 nəfər üzərində aparılan təcrübə zamanı gənclərin duzdan nə qədər istifadə etdiyi araşdırılıb. Mütəxəssislər duzdan daha çox istifadə edən adamların normadan daha çox kök olduqlarını da deyiblər. Duzdan qaynaqlanan kökəlmə prosesi infeksiyalara səbəb olur və bu da hüceyrələrin daha tez yaşlanmasına səbəb olur.