2012-ci ildə keçiriləcək London Olimpiadasına vəsiqə uğrunda mübarizə aparacaq boksçularımızın rəqibləri məlum olub. Siasport.az saytı xəbər verir ki, WSB liqasında fərdi reytinqdə iki idmançımız – Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) ön sıralarda yer alaraq, həlledici döyüşə çıxacaqlar. Mayın 26-da keçiriləcək döyüşdə Migitinovun rəqibi "Milano Thunder" klubunun ukraynalı boksçusu Sergey Derevyançenko olacaq. Derevyançenko 2007-ci ildə Çikaqoda keçirilmiş dünya çempionatının bürünc mükafatçısıdır. Məhəmmədrəsul Məcidovun rəqibi də "Milano Thunder"in italiyalı boksçu Klemento Russo olacaq. Russo da boks aləmində kifayət qədər tənınmış simadır. O, Pekin Olimpiadasının gümüş, dünya çempionatının isə qalibidir. Məcidov – Russo görüşü mayın 27-də baş tutacaq.