Valyuta məzənnələri

1 Avqust 2016 09:28 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 1 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, avqustun 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5851 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,7721 manat təşkil edir.

1 türk lirəsi 0,5309 manat, 1 rus rublu 0,0240 manatdır.