UEFA Nizam-İntizam Komitəsi İngiltərənin \"Arsenal\" futbol klubunu qəzəbləndirən qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, Mişel Platinin prezident olduğu ali futbol qurumunun adıçəkilən komitəsi ingilis klubunun baş məşqçisi Arsen Venger və futbolçu Samir Nəsrini cəzalandıraraq onların hər ikisini 1 oyun diskvalifikasiya edib. Buna səbəb isə baş məşqçi və oyunçunun İspaniyanın \"Barselona\" futbol klubu ilə keçirilmiş Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə yolverilməz hərəkətləri olub. Həttda UEFA-nın Nizam-İntizam Komitəsi bir az da irəli gedərək A.Vengeri 10 min avro cərimə edib.