Prezident İlham Əliyev kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətinə görə aktyor Şamil Süleymanlı "Xalq artisti" fəxri adına layiq görülüb.
Yenicə fəxri ada layiq görülmüş Ş.Süleymanlı SİA-ya təəsürratlarını bölüşüb: "Fəxri ada layiq görüldüyüm üçün Cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Xalq artisti adı almağımı çəkiliş meydançasında eşitdim. Çox sevincliyəm. Fəxri ada layiq görüləcəyimi gözləmirdim. Aktyor olaraq hər zaman rejissorlardan filmlərdə rol almaq üçün təklif gözləmişəm. "Xalq artisti" adına layiq görülməyim həyatımda çox böyük dəyişikliklərə səbəb oldu".