Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Beştepe Millət Məscidi" qarşısında vətəndaşlarla bir araya gələn sənətkar, aktyor, aktrisa və idmançıları Prezident Kompleksində qəbul edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan dəstəklərindən dolayı aktrisa, aktyor, jurnalist və idmançılara təşəkkürlərini bildirib. Prezidentin görüşdüyü məşhurlar arasında Çingiz Kurtoğlu, Mustafa Ceceli, Alişan, Berdan Mardini, Doğuş, Kutsi, Davut Güloğlu, Ece Erken, Saruhan Hünel, Erdem Kınay, Yaşar İpek, Uğur Arslan, Sinan Akçıl, Tanju Çolak, "Survivor" Nagihan və başqaları olub.