QƏZƏLLƏR

28 İyul 2016 10:37 (UTC+04:00)

Olan yerdə

(qəzəl)

Sözü ver söz əhlinə, xiridarı olan yerdə,

Sözə məna verilər, söz dildarı olan yerdə.

Söyləmə hər nə gəldi, salma sözü sən nəzərdən,

Zinət ver sözlərinə, söz sərrafı olan yerdə.

Var ki, söz dağ aşırar, sanma ki, gücsüzdür, sözü,

Çox padişahlar susub, haqqın sözü olan yerdə.

Söz alar qiymətini, deyiləndə məqamında,

Düşər o, kəsərindən, qanmayanlar olan yerdə.

Firdovsi, mənalı danış, dinləsin hər bir kəs səni,

Sözə qiymət verilər, öz əyyarı olan yerdə.

22.06.2016

Salı yandırdı muğam

(qəzəl)

Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram

Kürü ahıyla qurutdu, salı yandırdı muğam,

Bəxtiyar Vahabzadə

Şəbü hicran yanar canım, tökər qan çeşmi giryanım,

Tapılmazmı bir həyanım, cuşa gəlsin yenə canım.

Füzulinin ah – naləsi, yetdi bir gün Bəxtiyara,

Qaynadı damarda qanı, yenə dil açdı muğamım.

Kim deyir yoxdu sahibi, danışmayın siz gümana,

Sahib odur, Mehribanım, indi çin oldu gümanım.

Muğam evi tarix yazdı, tikildi bir an içində,

Mən gücümü indi andım, tükənməzdi bil ilhamım.

Çox çətinlikdən keçdik, əyilmədik fəqət yenə,

Xain, qorxaq qonşularım, dedi varımdır kamanım.

Utanmayır üzü- üzdən, qızarmayır zərrə qədər,

Belə olmaz axı canım, inciyər sədəfli tarım.

Pındıq dedin, fındığa sən, varmıdır heç vicdanın,

Dilin hardan biləcəksən, çahargahın ya segahın.

Tarix səni bağışlamaz, oğuluqda mahirsiniz,

Vardır buna ixtiyarım, muğamatdan kitab yazım.

Qərinələr keçib gəlib, yox idi onda əcdadın,

Nə güman eyləmisən, ölməyibdi Bəxtiyarım.

Firdovsinin çoxdu sözü, siz kimi alçaqlara bil,

Ölməyib, ölməz heç zaman, yaşayacaq muğamatım.

05.01.2014 saat 09:30

Könlüm

(qəzəl)

Nə oldu tərk elədin sən məni birdən –birə könlüm,

Yaralı quş kimi uçdun, niyə göldən-gölə könlüm?

Nə idi məndəki nöqsan, məni sən tərk elədin,

Nəyi sən dərk elədin, tərk elədin sən məni könlüm.

Bilirəm yoxdu canımda, nə edim? Dərdlərə yanmaq,

Bəlkə bundan ötəri, tərk elədin sən məni könlüm.

Sənsiz yaşamaq mümkün deyil əsla, bunu bil sən,

Qoymaram sən gedəsən, başsız olub hər yana könlüm.

Bilirəm dönməyəcəksən, niyə də dönməlisən sən,

Nə edim ki, qayıdıb sən gələsən bu cana könlüm.

Firdovsini tərk elədin, dərs verəsən bəlkə ona,

Sağalan dərdi deyil, bilki keçibdir qana könlüm.

Siyəzən

26.05.2014

Ürəklərdə bahar oldu

(qəzəl)

Yenə dogdu günəşimiz, yenə fəsli bahar oldu,

Açıldı qönçəli güllər, hər tərəf laləzar oldu.

Gəldi bülbüllərin səsi, yenə də coşdu nəğmələr,

Hər yan al-əlvan geyindi, yenə güllü bahar oldu.

Qəlbim fərəhləndi mənim, gördükcə gözəl növrağı,

Yetişdi, gəldi vədə ki, yenə də növbahar oldu.

Deyin insanlar mənə, kim sevməz belə dövranı?!

Xoş keçdikcə günlərimiz, hər dərdimiz hamar oldu.

Firdovsi, zövq əhli deyil, o kəs ki, bunu duymasa,

Yox oldu qüssə qəmimiz, ürəklərdə bahar oldu.

25.02.2016

Nə gərək

(qəzəl)

Məclisi mey içrə verməyə ehsan, nə gərək?!

Tökərəm göz yaşımı, yağmağa leysan nə gərək?!

Lütf edib öz dəhanından sənə bir busə verən,

Söylə o, nazlı gözəldən, başqa təmənna nə gərək?!

Açıb o qollarını alsa səni ağuşuna,

Sənə bundan savayı cənnəti- Rizvan nə gərək?!

Surətindən alışıb aləm işıqlansa əgər,

Hər tərəf zülmət ola, bundan əvəz ay nə gərək?!

Firdovsi, axdıqca göz yaşların ümmana dönər,

Əgər ümman var isə, bəs onda dərya nə gərək?!

05.06.2016

İstərəm

(qəzəl)

Deyin o dildarə ki, ondan, dərdimə çareyi- dərman istərəm,

Etməsə ol dərdimə dərman, versin ölümümə fərman, istərəm.

Bu nə iza ki, eylər mənə o, hər gün, hər gecə bihudə yerə,

Olmasın xunxar mənə qarşı, mən ondan tutmağa damən istərəm.

Göstərsə o büt mənə himmət, edərəm ömrüm boyu ona beyət,

Bu nə xavəs ki, o, zülm eylər, mənə ki, ondan quru bir can istərəm.

Özü bihuş etmişdi məni, yaxşı bilir, eşqində xabəndə idim,

İndi də, yalvarıram, versin mənə o, dideyi- giryan, istərəm.

Öldürdü Firdovsini, boğdu qəm içrə, kimə lazım belə firqət?!

Deyin o hurizadəyə ki qılsın çarə, ondan idğam istərəm.

21.03.2015

Lüğət- "Ədəbiyyat"- araz yayınları, abituriyent üçün 3- cü – 2010 kitabından götürülmüşdür.

Xunxar- qan; iza - əziyyət vermə, incitmə;

Damən- ətək; beyət- itaət; himmət- mərdlik;

Xavəs- xasiyyət; Xabəndə- yatan, yuxuda olan;

Dideyi- giryan- ağlar göz; firqət- ayrılıq;

İdğam- qovuşma, bitişmə, birləşmə;

Eyləmisəm

(qəzəl)

Yatmayıb mən bu gecə ahu-fəqan eyləmişəm,

Həsrətindən usanıb bağrımı qan eyləmişəm.

Yada saldıqca onun mənlə keçən günlərini,

Harda görsəydim onu, orda məkan eyləmişəm.

Bilsəm də yoxdur əlac, bir də ona mən qovuşam,

Onla röyada yenə, əhdi peyman eyləmişəm.

Sanmışam fürsət olar bir də onunla görüşəm,

İnanıb mən yuxuma gərki nişan eyləmişəm.

Firdovsiyəm demərəm dərdimi bir ozgə kəsə,

Halımı ondan ötür mən pərişan eyləmişəm.

15.06.2016

Eləsin

(qəzəl)

Ona aşiq demərəm sevgisin bəyan eləsin,

Əsl aşiq odur ki, istəyin pünhan eləsin.

Yatmayıb sübhə qədər yar yolunu gözləsin o,

Ona can – can deyərək canını qurban eləsin.

Düşünüb söyləsin o, incə məqam sözlərini,

Dilini lal eləyib, gər özünə ram eləsin.

Sorduqca ləblərinin şəkki- şəkər cövhərini,

Məst olub bu halına qəlbini şan – şan eləsin.

Firdovsi, inanma olsun bir elə aşiq məncə,

Əl çəkib istədiyindən onu peşman eləsin.

10.05.2016