Bu gün "Azərreyl" "Uraloçka" ilə qarşılaşcaq

15 Mart 2011 10:02 (UTC+04:00)

Bu gün qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çelenc Kubokunda ilk yarımfinal oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız Rusiyanın "Uraloçka" klubu ilə üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Kompleksində baş tutacaq.