Ukrayna Medvedyevə görə Rusiyaya nota verdi

25 İyul 2016 23:39 (UTC+04:00)

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedyevin Krıma səfər etməsinə görə Rusiyaya nota göndərib. Ukrayna mətbuatının yazdığına görə, Notada bildirilir ki, rəsmi Kiyev Dmitri Medvedyevin iyulun 25-də Krıma səfərinə etiraz edir.

Xatırladaq ki, Krım və Sevastopol 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyaya birləşdirilib.