Ərəbocağına qaz verildi

23 İyul 2016 10:02 (UTC+04:00)

Ağdaş rayonunun Ərəbocağı kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, Rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə bildirilib ki, Ərəbocağı kəndinin 194 abonentinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2345 metr olan müxtəlif diametrli polietilen və 10904 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.