Yığmanın heyətinə 2 yeni futbolçu dəvət olunub
7 Mart 2011 12:19 (UTC+04:00)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu gün Bakı şəhərində başlayan və martın 14-ə qədər davam edəcək təlim-məşq toplanışına daha iki futbolçu dəvət olunub. Siasport.az saytı xəbər verir ki, bunlar yarımmüdafiəçi Əli Əliyev və müdafiəçi Sənan Bayramzadədir. Hər iki futbolçu Ukraynanın \"Knyaja\" klubunda çıxış edir.