“Microsoft” 8,8 faiz kasıbladı

20 İyul 2016 10:37 (UTC+04:00)

Texnologiya nəhəngi "Microsoft"un illik gəliri 2009-cu ildən bu vaxtadək ilk dəfə azalıb. Şirkətdən edilən şərhdə 2016-cı maliyyə təqviminin sonuncu rübü olaraq qəbul edilən aprel-iyun aylarında "Microsoft"un gəlirinin ötən illə müqayisədə 8,8 faiz azalaraq 85,3 milyard dollar olduğu bildirilir. Şirkət 2015-ci maliyyə ilində ümumi gəlirinin 93,6 milyard dollar olduğunu açıqlamışdı.

Şirkətin xalis mənfəəti isə 7,7 faiz azalaraq 16,8 milyard dollara geriləyib. "Microsoft" keçən il 18,2 milyard dollar xalis mənfəət əldə edib.