"Muğan" məşqləri Bakıda keçirəcək

7 Mart 2011 10:21 (UTC+04:00)
Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirən "Muğan" klubu məşqləri Bakıda keçirəcək. Siasport.az saytı xəbər verir ki, klubdan verilən məlumata görə, Salyan təmsilçisi martın 11-dək hazırlıqları paytaxtda davam etdirəcək. Həmin gün Zaqatalaya yola düşəcək komanda martın 12-də "Simurq"un qonağı olacaq.