"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyi davam edir. Siasport.az saytı xəbər verir ki, yarışların ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Yunan-Roma güləşi üzrə gənclərin başa çatan yarışında günün qalibləri aşağıdakı kimidir:
55 kq
1. Qasım Məmmədov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM
2. Elman Muxtarov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM
3. Fazil Zamanzadə - 1 saylı nümayəndəlik, Bakı, İnter
3. Rəşad Şükürov - 1 saylı nümayəndəlik, Bakı, Atasport-Binə
66 kq
1. Ceyhun Əliyev - 2 saylı nümayəndəlik, Sumqayıt
2. Babək Rəhimov - 1 saylı nümayəndəlik, Bakı, DİN İC
3. Alim Əliyev - 2 saylı nümayəndəlik, Sumqayıt
3. Rəşad Hüseynzadə - 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM
84 kq
1. Sultan İsmayılov - 1 saylı nümayəndəlik, Bakı, Xəzri
2. Cavidan Hacıyev - 1 saylı nümayəndəlik, Bakı, Xəzri
3. Valeh Babayev - 1 saylı nümayəndəlik, Bakı, Cəngi
3. Əsəd Əsədzadə - 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM
120 kq
1. Elçin Qurbanov - 1 saylı nümayəndəlik, Bakı, Xəzər
2. İsa Zəkiyev - 1 saylı nümayəndəlik, Bakı, Cəngi
3. Fuad Eyvazzadə - 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM