Müğənni Roza Zərgərli "Ağ çiçəyim" adlı yeni ifasını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, bəstənin söz və musiqisi Gülnar Sultanovaya məxsusdur: "İstirahət mövsümü olmağına baxmayaraq, yaradıcılıq işlərimə fasilə vermirəm. Müğənninin işi mahnı oxumaqdır ki, mən də bunu hər zamana edirəm. Daim yeni mahnılar yazdırıram. Bir ara adım şou-biznesdə olan qalmaqallarda hallandı. Bu cür söz-söhbətlər mənim ürəyimcə olmadı. Şükür ki, indi hər şey qaydasındadır. Yeni ifa etdiyim "Ağ çiçəyim" mahnısının seviləcəyinə inanıram".
Qeyd edək ki, "Ağ çiçəyim"in aranjiman işi Elvin Musayevə həvalə olunub.