Bakını su ilə təmin edən kəmərdə qəza baş verib

19 İyul 2016 11:08 (UTC+04:00)

Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. "Azərsu" ASC-dən SİA-ya verilən məlumta görə, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.