Kürdə 1 nəfər batıb

19 İyul 2016 09:00 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax rayonu, Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.