"Sumqayıt" Gürcüstan təmsilçisini 2-ci dəfə məğlub edib

18 İyul 2016 15:46 (UTC+04:00)

Zaqatalada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirmək üçün Gürcüstana yola düşüb. SİA-nın məlumatına görə, dünən qonşu ölkə təmsilçisi "Hereti Laqodexi" klubunu 6:0 hesabı ilə üstələyən Rövşən Babayevin komandası bir gün sonra adıçəkilən klubla daha bir yoxlama oyunu keçirib. "Sumqayıt" FK bu dəfə də rəqibindən üstün olub - 4:0. Bu qarşılaşmada "Sumqayıt"ın qollarını Emil Həsənzadə (2), Xanlar Teymurov və Sahib Cümşüdov vurub.

Matçdan sonra əvəzedicilər Gürcüstandan ayrılaraq təlim-məşq toplanışını davam etdirmək üçün Zaqatalaya yola düşüblər.