İrəvanın Erenburi rayonunda polis alayınının binasına olan silahlı basqın nəticəsində ölən olub. Binanı zəbt edən müxalif qüvvələr silahlı qiyamın da başladığını elan ediblər.
Ermənistanda polis idarəsinə edilən hücum nəticəsində öldürülən polis əməkdaşı polkovnik Artur Vanoyandır. Məlumata görə, bu barədə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan məlumat verib. Onun sözlərinə görə, polis polkovniki Aram Hovanesyan, podpolkovnik Hraç Xosteqyan və praporşik Qaqik Mkrtçyan isə güllə yarası alıblar.
Ermənistanda polis idarəsinə edilən hücum nəticəsində girov götürülənlər arasından polis general mayoru Vartan Eqiazaryan da var. Bu barədə Ermənistan parlamentinin deputatı Nikol Paşiynyan məlumat verib.
Hücumun bəzi təfərrüatları da bilinib. İddiaya görə, radikal müxalifətçi 30 nəfər yük maşınında alayın darvazasını qırıblar. Bundan sonra onlar binaya daxil ola biliblər.
Onun sözlərinə görə, basqınçılar daha bir nəfəri azad ediblər. Buna səbəb isə girovun yüksək qan təzyiqindən əziyyət çəkməsi olub.
İrəvanda girovların azad edilməsi üçün əməliyyat keçirilib. Erməni mətbuatının verdiyi məlumata görə, əməliyyat zamanı girov olan iki nəfər azad edilib. Milli Təhlükəsizlik xidmətinin məlumatına görə, bir polis öldürülüb, iki nəfər yaralı var.
Binaya hücum edən silahlılardan biri içəridən video paylaşıb. Kadrlardan görünür ki, onların üzlərini belə gizlətmir, binanın daxilində sərbəst hərəkət edirlər.
Ermənistanda polis idarəsinə edilən silahlı basqın nəticəsində girov götürülən polisərin sayı açıqlanıb. "RİA Novosti"nin verdiyi məlumata görə, 7 polis əli silahlı şəxslərin girovluğundadır. Yerli mətbuatın yazdığına görə, idarənin yaxınlığındakı binada yaşayanlar evakuasiya edilirlər.