Bu günlərdə eşşək südünün yeni bir faydası aşkar edilib. Sən demə, bu süd xərçəngin müalicəsində əhəmiyyətli rola malik imiş. Daha dəqiq desək, bundan sonra eşşək südü həm yoğun bağırsağın, həm də bir çox növdə xərçəng xəstəliyinin tamamilə müalicə olunmasında istifadə ediləcək. Türkiyə alimlərinin tətbiqini məsləhət gördüyü bu vasitə ölkədə maraqla qarşılanıb. Artıq Türkiyədə eşşək ferması da qurulub. O da məlum olub ki, eşşək südü öz tərkibi ilə ana südünə də çox yaxınmış. Eşşək südü allergik, həzm, ürək və damar sistemi xəstəliklərində olduqca faydalıdır. Bundan əlavə, astma və bronxit xəstəliyinin müalicəsinə kömək elədiyi, üstəlik, yoğun bağırsaq xərçənginin müalicəsini sürətləndirdiyi məlum olub. Bu südün sədəf və serroz kimi xəstəliklərin müalicə müddətində də müsbət təsirə malik olduğu bildirilir. İndi dünyada eşşək südünün faydalarından yararlanan ölkələr var. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və daha neçə ölkənin adını çəkmək olar. Ümumiyyətlə, eşşək südü ilə bağlı ən çox araşdırmalar aparan, onun faydalarını öyrənməyə çalışan ölkə İngiltərədir. Onun tərkibindəki minerallar bədənin müqavimətini artırır, immunitet sistemini gücləndirir. Bu müqavimət xərçəng xəstəliyi ilə mübarizədə ən vacib silahdır.