Masallıda yanğın olub. SIA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Banbaşı kəndində qeydə alınıb. Belə ki, kənddə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.