Raul "Şalke"ni kubokun finalına daşıdı

3 Mart 2011 16:05 (UTC+04:00)

Dünən Almaniya kubokunda yarımfinal mərhələsinin oyunlarına yekun vurulub. Siasport.az saytının məlumatına görə, "Dyusburq" öz meydanında "Enerji"nin bütün ümidlərinin üzərindən xətt çəkib. "Bayern Münhen"i doğma "Alyans Arena"da Almaniya kubokundan məhrum edən komanda isə "Şalke" olub. Bu qarşılaşmada "Real"ın əfsənələrindən sayılan, indi isə futbol həyatını Almaniyada davam etdirən Raul 18-ci dəqiqədə qol vuraraq "Şalke"ni kubokun finalına daşıyıb.