İstanbul-Bakı aviareysləri tezliklə bərpa olunacaq

16 İyul 2016 16:24 (UTC+04:00)

Türkiyədə baş verən hadisələrlə əlaqədar İstanbulun Atatürk hava limanında qalan azərbaycanlı sərnişinlər axşam saatlarında ölkəmizə qayıdacaqlar.

Bu barədə SİA-ya "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. O bildirib ki, təxirə salınan İstanbul-Bakı aviareysləri axşam saatlarında bərpa ediləcək.