Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı qərargahı qarşısında toplaşan çoxsaylı vətəndaşlar baş verən qiyama kəskin etirazlarını bildirib, dövlətlə həmrəylik nümayiş etdiriblər.
Vətəndaşlar öz iradələrinə sahib çıxmaq üçün gecə saatlarından etibarən meydanlara axışdıqlarını qeyd ediblər. Onlar qəti şəkildə bəyan ediblər ki, bu xəyanəti heç vaxt bağışlamayacaqlar. Vətənə xəyanət edənlər layiqli cəzalarını alacaqlar.