"Kiralık aşk"da onu görməyəcəksiniz

16 İyul 2016 09:38 (UTC+04:00)

"Kiralık aşk" serialında gözlənilməyən ayrılıq yaşanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Kiralık aşk"da Yasemin obrazını canlandıran Sinem Öztürkün növbəti mövsümdə ekran işində olmayacağı deyilib. Onun bu qərarı aktyorları da təəccübləndirib.

Saysız təkliflər alan Sinem yeni mövsümdə başqa serialda və filmdə çəkiləcək.