Türkiyədə çevriliş planını kim hazırlayıb?

16 İyul 2016 06:10 (UTC+04:00)

Türkiyədə dövlət çevrilişi planını hazırlayan şəxsin adı açıqlanıb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, çevriliş planını vəzifədən kənarlaşdırılan Baş Qərargah ədliyyə müşaviri polkovnik Muharrem Köse hazırlayıb.

Hərbi mənbələrdən verilən məlumata görə, Köse ilə yanaşı çevriliş planını pokovnik Mehmet Oğuz Akkuş, Erkan Ağır, Doğan Uysal hazırlayıblar.