Binali Yıldırım: 130-dan çox hərbi rütbəli saxlanılıb

16 İyul 2016 06:33 (UTC+04:00)

Türkiyənin baş naziri Binali Yıldırım xalqı küçələrdə olmağa çağırıb. APA-nın məlumatına görə, baş nazir indiyə qədər 130-dan çox hərbi rütbəlinin polis və prokurorluq orqanları tərəfindən saxlanıldığını qeyd edib. O bildirib ki, zərərsizləşdirilən hərbçilər arasında birinin general olduğu barədə də məlumat var.