Sergey Lavrov Türkiyədəki dövlət çevrilişi barədə danışdı

16 İyul 2016 02:23 (UTC+04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyədə baş verənlərə münasibət bildirib. Rusiyanın baş diplomatı bildirib ki, problemin dinc yolla həll olunması vacibdir: "Hər hansı qanlı münaqişənin qarşısı alınmalıdır və bütün problemlər sadəcə konstitusiya çərçivəsində həll edilməlidir".