\"Qarabağ\" klubu 245-ci oldu

3 Mart 2011 11:04 (UTC+04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən ay üçün Dünya klublarının reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu siyahıda ölkəmizin yeganə təmsilçisi olan Ağdamın \"Qarabağ\" klubu 245-ci pillədə qərarlaşıb. 80 reytinq payı toplamış \"Qarabağ\" İngiltərənin \"Sanderlend\", İspaniyanın \"Espanyol\", Almaniyanın \"Hoffenhaym\", İtaliyanın \"Bolonya\" kimi klublarını qabaqlaya bilib.