Fortepiano aləti haqda təlim kursları keçirilib FOTOLAR

15 İyul 2016 17:19 (UTC+04:00)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac olduğunu nəzərə alaraq, nazirlik tərəfindən Bakı şəhərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursları təşkil edilir. SİA-nın verdiyi xəbərə görə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən təlim kurslarında Bakı şəhər, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərindən fortepiano alətinin təmiri və köklənməsi sahəsində səriştəsi olan müəllimlər iştirak ediblər. 2016-cı il 15 iyul tarixində təlim kurslarını keçmiş müəllimlərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində müvafiq vəsiqələr təqdim olunub.

Qeyd edək ki, bu təlim sentyabr ayından etibarən davam etdiriləcək və respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək.