1 ton ot bağlaması yanıb

15 İyul 2016 16:06 (UTC+04:00)

Cəlilabada yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Qarazəncir kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan talvarın içərsinə yığılmış 2,5 ton ot bağlamasının 1 tonu yanıb. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.