AZAL “Turan”ı məğlub etdi

2 Mart 2011 18:06 (UTC+04:00)

Bu gün NBC Bank Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, mərhələnin ilk oyununda AZAL "Şəfa" stadionunda "Turan"ı qəbul edib. Qarşılaşmanı Ramil Diniyevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Oyunda paytaxt təmsilçisi Tovuzluların qapısından 2 cavabsız top keçirib. Qarşılaşmada Qvidas Yuşka və Nuqzar Kvirtiya fərqlənib.

Azərbaycan Kuboku

1/4 final

İlk oyun

2 mart

AZAL – "Turan" 2:0

Qollar: Qvidas Yuşka, 41. Nuqzar Kvirtiya, 44.

Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Munis Abdullayev, Rauf Cabbarov.

AFFA nümayəndəsi: Vaqif Məmmədov.

Hakim-inspektor: Şahin Cəfərov.

"Şəfa" stadionu. Saat 16.00.