Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Londonun "Wiqmore" konsert salonunda geniş konsert proqramı ilə çıxış ediblər. SİA-nın verdiyi xəbərə görə, konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnıları səsləndirilib. Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edib.
Qeyd edək ki, səfər çərçivəsində dünya şöhrətli muğam ustası İngiltərənin SOAS Universitetində ustad dərsləri keçib.

.jpg)