Nits terrorunun şahidi BBC-yə gördüklərini danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qanlı hadisənin şahidi olmuş Qreys Enn Morrou Fransaya məxsusi olaraq, Bastiliya qalasının fəthi bayramına görə səfər edib.
"Biz atəşfəşanlıqdan sonra sahilyanı ərazi ilə geri qayıdırdıq, kifayət qədər çox insan var idi"-deyə qeyd edən şahid anidən küçədə panika yaşanmağa başlandığını deyib: "İnsan kütləsinin içində dayımı və xalamı itirdim, onları axtarmağa başladım. Biz ilk anlarda nəyin baş verdiyini bilmirdik. İnsanlar qışqırır, uşaqlar ağlayır, polislər meqafonla insanları xəbərdar edirdilər. Mən fransız dilində çox az bilirəm, ona görə də heç nəyi anlamırdım. İlk öncə intihar sözlərini eşitdim və həmin andaca Allaha yalvardım. Bu, dəlilikdir. Biz ailəmizlə hadisədən haradasa 20 dəqiqə öncə məhz Negresko otelinin yanında idik. Bu cür pozitiv gecədə belə bir paradoksal hadisənin yaşanması dəhşətdir".