Azərbaycanda rabitə xidmətlərinin həcmi artıb

14 İyul 2016 12:52 (UTC+04:00)

Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 798,9 mln. manatlıq xidmətlərin 72,0%-i əhali sektoruna aid olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin həcmi 13,7% artıb.

Bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.