Millimiz Danimarka klubu ilə qarşılaşacaq
28 Fevral 2011 16:57 (UTC+04:00)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 1-də Danimarkanın HFK "Haderslev" klubunun nəzdindəki U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.