Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, \"Qarabağ\"la oyunda zədələnən gürcü hücumçu Geori Çediya, xəstələnən müdafiəçi Vurğun Hüseynov, dünənki məşqdə zədələnən Georgi Beriaşvili və komandanın aparıcı bir neçə oyunçusu bu görüşdə əsas heyətdə yer almayacaq.\"Qarabağ\"a böyük hesabla məğlub olan \"Turan\"ı daha bir çətin qarşılaşma gözləyir. Bu məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyən tovuzlularda əhval-ruhiyyənin aşağı olduğu bildirilir. Komandanın əsas oyunçularının zədələnməsi Naci Şensoya heyəti müəyyənləşdirməkdə çətinlik yaradıb. Belə gözlənilməz vəziyyətlə üzləşən Şensoyun nə qərar verəcəyi də maraqlıdı. Bu qarşılaşmada onsuz da favorit olan AZAL belə durumda əlavə üstünlük əldə edib.