İngiltərənin " Arsenal" futbol klubu, keçən həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında İspaniya nəhəngi "Barselona"nı məğlub etdikdən sonra artıq Premyer Liqada da rəqib tanımır. Siasport.az saytı xəbər verir ki, dünən öz meydanında "Stok Siti" futbol klubunu qəbul edən "topçular", 1:0 hesablı qələbələrini bayram ediblər. Təcrübəli Arsen Venger bu qarşılaşmada əsas heyətin futbolçularına istirahət verdiyindən meydanda daha çox gənc futbolçular mübarizə aparırdılar. Amma buna baxmayaraq qarşılaşmanın 8-ci dəqiqəsində meydan sahibləri Squillacinin qolu ilə hesabda irəli çıxıblar. Qonaqlar qol vurmaq üçün hər iki hissədə irəli atılsalar da sonda heç bir nəticə əldə edə bilməyiblər. Bu qələbə ilə xal ehtiyatını 56-ya çıxaran "Arsenal", turnir cədvəlindəki 2-ci yerdəki mövqeyini qorudu.