Dieqo Maradona: “Məsut Özil bizi məhv etdi”!
26 Fevral 2011 13:04 (UTC+04:00)
"Real"ın türkiyəli forvardı Məsut Özil indi də Argentinalı məşhur dünya ulduzu Dieqo Maradonanın hədəfinə tuş gəlib. Siasport.az saytı xəbər verir ki, məşhur dünya ulduzu İspaniyanın "Marça" qəzetinə verdiyi müsahibədə bildirib ki, o "Real"ın türkiyəli forvardını heç də yaxşı hisslərlə xatırlamır. Argentina Milli Komandasının sabiq baş məşqçisini özündən çıxaran isə keçən ilin dünya çempionatı zamanı komandasının Almaniya yığmasına 0:4 hesabı ilə məğlub olduğu qarşılaşmada M.Özilin vurduğu qollar olub. D.Maradona bildirib ki, həmin qarşılaşmada M.Özilin argentinalılara qarşı əsl futbol şousu göstərməsi üzündən komandası dünya çempionatı ilə vidalaşıb. M.Özilin vurduğu qollarla və oyunla onları məhv etdiyini deyən D.Maradona bununla yanaşı türkiyəli forvardın əla futboçu xüsusiyyətlərinə malik olduğunu da dilə gətirib.