Pəs Vallahi, ay Merkel!

11 İyul 2016 16:36 (UTC+04:00)

Almaniya kansleri Anqela Merkelin Türkiyəyə səfər edərək, orada yerləşən İncirlik hərbi bazasında xidmət keçən almaniyalı hərbçilərlərlə görüşmək istəyi baş tutmadı. Onun qarşısını bilavasitə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan aldı – öz qəti etirazı və türkiyəlilərin gündəmini zəbt etdən yeni kəlamıyla. Deyilənə görə, Ərdoğan Merkelin ona etdiyi telefon zənginə əvvəlcə ümumiyyətlə cavab verməək istəməyib. Sadəcə, centlemenlik xətrinə, qdın olduğunu nəzərə alıb və cavab verib. Amma Merkel bilsəydi ki, hansı cavabı alacaq, bəlkə də telefonun dəstəyini əlinə götürməzdi. Amma o öz etinasız avropalı tipajına yönəlik xasiyyətinə sadiq qalaraq İncirliyə getmək istədiyini Türkiyə prezidentindən xahiş edib. Ərdoğan isə bir kəlmə ilə "YOX" deyib və ardınca "Yahu, bu adamlar nasıl da yüzsüz və arsızlar yaaa!" ifadəsini səsləndirib. Demə, Merkel də həmin vaxt "trubkanı" yerə qoymayıb və sonradan dilmancları ona bu ifadələri tərcümə ediblər. Bax, onda almaniyalı kansler barmağını dişləyib ki, həəə, deyəsən onun ölkəsinin parlamenti qondarma erməni soyqırımını tələm-tələsik tanımaqda böyük bir səhvə yol verib. Özü də həmin parlamentdə fəaliyyət göstərən satqın türk deputatların sayəsində!

Hrant Dinkin ölümü az qala Avropanın "böyük dərdinə" çevrilmişdi

Bu, açıq-aşkar yaxasını kənara çəkib türkləri bir-birinə qarşı qoymaq anlamını daşıyan bir hadisədir əslində. Necə ki, bənzər siyasət elə qardaş ölkədə erməni baş redaktor Hrant Dink sui-qəsd nəticəsində öldürülərkən, bəzi tükrlərin "Həpimiz erməniyiz!" şüarı səslənən zaman da baş vermişdi. Onda da Almaniya daxil olmaqla, Fransanın, İtaliyanın və daha bir neçə qərbi Avropa ölkələrinin Türkiyədə araqarışdıranlıq siyasəti yürütdükləri bəlli olmuşdu. Hrant Dinkin ölümü az qala Avropanın "böyük dərdinə" çevrilmişdi. Halbuki, o zamanlarda da Fələstində, Livanda və s. müsəlman ölkələrində balaca körpələr, qadınlar, qocalar öldürülür, evlər yıxılırdı. Amma Avropalı siyasilərin başları "məzlum ermənilərə" qarışmışdı.

İndi də bu cür! Türkiyə sərhədləri boyunca cərəyan edən ciddi siyasi böhrandan çıxmaq üçn çabalar göstərdiyi bir vaxtda onun ən yaxın müttəfiqlərindən biri kimi hesab olunan Almaniya bu ölkəyə kürəyindən bıçaq sancdı. Adını da qoydu ki, qondarma soyqırımını tanıyan qanun layihəsinin mətnini almanlar deyil, Almaniya vətəndaşı olan və bundesdaqda təmsil olunan türk deputatlar hazırlayıbmış. Məsələ aydındır...

Siyasətin avropasayaq həyasızlığı

Düzdür, siyasət ən çirkin bir vasitədir və burada istənilən hal anidən kimlərinsə xeyrinə, yaxud da ziyanına dəyişə bilər. Amma bütün vəziyyətlərdə vicdan deyilən bir faktor da mövcuddur ki, bunu insanlara Allah bəxş edib. Amma nə edəsən ki, avropalı siyasətçilərin bir çoxunda bu məfhum yox səviyyəsindədir. Siyasətin avropasayaq həyasızlığı da buna deyərlər. Sən mənim əleyhimə qərar ver, mən də sənin hərbçilərini öz ölkəmin işində rahat-rahat yaşadım. Sonra da məndən icazə al ki, sənin ölkəndəki hərbi qulluqçularımı ziyarət etmək istəyirəm (?!-R.) Türkilər demişkən, pəs VaAllahi, ay Merkel!