"Azərbaycan millisi layiqli qələbə qazandı". Siasport.az saytı xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatının əsas seçmə mərhləsinin 1-ci qrupunda keçirilmiş Azərbaycan - Fransa oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Fransa yığmasının baş məşqçisi Pyer Jakın deyib. O, əsas komandasının problemlərindən birinin erkən qol buraxmaq olduğunu bildirib. Baş məşqçi komandasında futzalçıların gənc olduğunu, bu seçmə mərhələnin oyunlarının onlar üçün yaxşı təcrübə olduğunu qeyd edib.