ABŞ-dakı Harvard Universiteti ilə Fransadakı Bordo Universiteti ortaq bir araşdırma hazırlayıb. Araşdırmaya görə, yuxu dərmanı insanlarda yaddaş, davranış pozğunluğu, özünü idarəetmə çətinliyi yaradır.
Araşdırma hələ bu xəstəliyə tutulmamış 70-78 yaşlarındakı 1063 adam üzərində aparılıb. Məlum olub ki, yuxu dərmanı qəbul edən insanlarda bu cür hallar 15 il içində 50 faiz artıb. Alimlər hesab edir ki, bunun səbəbini yuxu dərmanının yan təsirlərində ola bilər.