Materatsi: “Zidanın anasını söyməmişəm”

1 Yanvar 2005 00:00 (UTC+04:00)

İtaliyalı futbolçu Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidana dediyi təhqiramiz sözləri etiraf edib. RİA Novosti-nin verdiyi məlumata görə, M.Materatsi bildirib ki, Fransa ilə final matçında Z.Zidana dediyi sözlər onun anası deyil, bacısı ilə bağlı olub. Onun sözlərinə görə, öz anası 15 yaşında vəfat etdiyinə görə heç vaxt başqasının anasını təhqir etməz. Futbolçu Z.Zidandan incimədiyini də qeyd edib. Xatırladaq ki, Z.Zidan italiyalı futbolçunun həmin sözlərindən sonra onun sinəsinə baş zərbəsi endirərək yerə yıxmışdı.